22:47 10-05-2020
news_image
242
FUTBOL

"Fənərbaxça"dan ayrılır - çilili futbolçu

"Fənərbaxça"nın müdafiəçisi Maurisio İsla mövsümün sonunda komandanı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, bunu Çili millisinin üzvü özü deyib.

32 yaşlı sağ cinah müdafiəçisi Cənubi Amerikada oynamaq istədiyini bildirib: "Türkiyədə yaxşı müqaviləm var. Başa çatdıqdan sonra menecerimlə karyeramla bağlı qərar verəcəyəm. Məni istədiyini hiss etdiyim, ən yaxşı layihəni təqdim edəcək komandaya keçəcəyəm. Cənubi Amerikada oynamaq gözəl olar. Cənubi Amerikanın ən güclü 5 komandasından biri olan "Boka Xuniors"un formasını geyinmək istərdim".

Qeyd edək ki, 2017-ci ildən "Fənərbaxça"da çıxış edən Maurisio İslanın müqavilə müddəti gələn ayın sonuna qədərdir.