23:13 10-05-2020
news_image
626
FUTBOL

Dünyanın ən yaxşı stadionları - SİYAHI

İspaniyanın məşhur "Marca" nəşri dünyanın ən yaxşı stadionları ilə bağlı sorğu keçirib.

Apasport.az saytının məlumatına görə, Qahirədəki stadion ən yaxşı seçilib.

"Əl-Əhli"yə məxsus arena 124 min səs toplayıb. İkinci pillədə yer alan "Real"ın "Santyaqo Bernabeu" stadionu 54 min səs yığıb. "Barselona"ya məxsus "Nou Kamp"ı isə 32 min adam ən yaxşı hesab edir.

40 stadionun yer aldığı reytinqə Azərbaycan arenaları düşməyib.

Ən yaxşı 20 stadion:
1. Qahirə Milli Stadionu ("Əl-Əhli")
2. "Santyaqo Bernabeu" ("Real")
3. "Nou Kamp" ("Barselona")
4. "San Mames" ("Atletik")
5. "Monumental" stadionu ("Kolo Kolo")
6. "Vanda Metropolitano" ("Atletiko")
7. "La Bombonera" ("Boka Xuniors")
8. "Enfild Roud" ("Liverpul")
9. "Siqnal İduna Park" ("Borussiya" Dortmund)
10. Rades Olimpiya Stadionu ("Esperanse")
11. "Mohamed V" stadionu ("Raca Kasablanka", "Vidad Kasablanka")
12. "Uembli" (İngiltərə millisi)
13. "Velodrom" ("Marsel")
14. "Old Trafford" ("Mançester Yunayted")
15. "Marakana" ("Flamenqo", "Fluminense")
16. "Azadi" stadionu (İran millisi)
17. "San Siro" ("Milan") "Cüzeppe Meatsa" ("İnter")
18. "Donbass Arena" ("Şaxtyor" Donetsk)
19. "Allianz Arena" ("Bavariya")
20. "Seltik Park" ("Seltik")