23:38 10-05-2020
news_image
217
FUTBOL

Beylə yeni müştəri - Premyer Liqada

"Real"ın hücumçusu Qaret Beyl yenidən İngiltərədə çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, "Nyukasl" ulduz futbolçunun transferində maraqlıdır.

Uels millisinin üzvü "sağsağanlar"ın yeni rəhbərliyinin gündəmindədir. Lakin tərəflər arasında danışıqlara hələ start verilməyib. "Nyukasl" rəhbərliyi yeni qurulacaq heyətə yüksək məvacibli 2-3 oyunçu cəlb etməyi planlaşdırır ki, onlardan biri də Beyldir. Premyer Liqa təmsilçisi ona illik 17 milyon avro maaş təklif edəcək.

"Real" da oyunçusunu satmaq niyyətindədir. Hətta "kral klubu" Beyli 20 milyon avroya yola sala bilər. Çünki bununla madridlilər ona yüksək maaş ödəməkdən qurtulacaq.

Qeyd edək ki, Qaret Beylin "Real"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.