10:11 11-05-2020
news_image
737
FUTBOL

Bərpa tarixi açıqlandı - Premyer Liqanın

İngiltərə Premyer Liqası matçlarının davam etdiriləcəyi tarix məlum olub.

Apasport.az saytının məlumatına görə, "Telegraph" nəşri koronavirus pandemiyası səbəbindən dayandırılan çempionatın iyunun 12-də bərpa olunacağını iddia edib.

Britaniyanın baş naziri Boris Conson parlamentdə ölkədəki son durumla bağlı yol xəritəsi göstərib. Bildirilir ki, əlverişli vəziyyətdə bütün idman yarışları iyunun əvvəllərindən davam etdirilə bilər. Futbol matçlarının boş tribunalar önündə keçirilməsi planlaşdırılır. Komandalar mayın 18-dən məşqlərə başlaya biləcəklər. Hazırlıq lazımi təhlükəsizlik tədbirləri nəzərə alınmaqla aparılacaq.

Qeyd edək ki, Premyer Liqa XXIX turdan sonra martın 13-də dayandırılıb.