10:27 11-05-2020
news_image
149
FUTBOL

La Liqanın bərpası üçün iki tarix

Koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya La Liqasının bərpa tarixi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, La Liqa rəhbərliyi bununla bağlı klubları məlumatlandırıb.

Ölkə çempionatının iyunun 12-də qaldığı yerdən davam etdirilməsi planlaşdırılır. İspanlar UEFA-nın tələbi ilə avqustun əvvəlinə qədər La Liqanı bitirmək fikrindədirlər. Əgər koronavirusla bağlı vəziyyət imkan verməsə ehtiyat bərpa tarixi 19 iyun göstərilib. Oyunların cümə-şənbə-bazar günləri keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İspaniya çempionatı XXVII turdan sonra dayandırılıb. Hazırda 58 xalla lider olan "Barselona" ən yaxın izləyicisi "Real"ı 2 xal qabaqlayır.