11:23 11-05-2020
news_image
824
FUTBOL

"Neftçi"nin prezidenti baş məşqçilik etməyi sevirdi" - Hans-Yurgen Gede

"Neftçi"nin sabiq baş məşqçisi Hans-Yurgen Gede Vyetnam mətbuatına geniş müsahibə verib.

Apasport.az saytının məlumatına görə, bu ölkədə çalışan almaniyalı mütəxəssis "Neftçi"də olduğu dönəmə də qısa toxunub.

64 yaşlı mütəxəssis 2008-09 mövsümündə çalışdırdığı Azərbaycan klubunun prezidentinin ona mane olduğunu söyləyib: "Neftçi" klubunda işləmək üçün Azərbaycana getdiyim zaman klub prezidenti çox zəngin və səxavətli adam idi. Ancaq o, baş məşqçilik etməyi sevirdi, tez-tez peşəkarlara müdaxilə edirdi. Sonra kulminasiya nöqtəsi oldu. Mənim əlimə bir hücumçu verdi, hansı ki, olduqca bacarıqsız idi. Prezident dedi ki, Yurgen, ona başlamağa imkan ver".

Qeyd edək ki, 2008-2009-cu illərdə "Neftçi"yə Əkbər Hacıyev prezidentlik edib.