11:58 11-05-2020
news_image
132
FUTBOL

Futbolçusuna qiymət qoydu - "Lion"

"Lion"un gələn mövsüm Çempionlar Liqasından kənarda qalmaq ehtimalı böyükdür.

Apasport.az saytının məlumatına görə, bu üzdən Fransa klubu büdcəni başqa yolla artırmağı nəzərdən keçirir.

Liqa1 təmsilçisi bunun üçün ilk növbədə yarımmüdafiəçisi Ussem Auarı satmağı planlaşdırır. Rəhbərlik 22 yaşlı oyunçunun transferindən 50 milyon avro gəlir götürmək niyyətindədir. Gənc futbolçu "Yuventus", PSJ və "Mançester Siti"nin gündəmindədir.

Qeyd edək ki, Ussem Auarın "Lion"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.