12:20 11-05-2020
news_image
121
FUTBOL

Yeni klubu müəyyənləşir - Tonalinin

"Breşiya"nın yarmmüdafiəçisi Sandro Tonali yeni komandasını, demək olar ki, müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, gənc futbolçu "İnter"ə keçməyə çox yaxındır.

Milan klubu 20 yaşı oyunçunun transferi üçün danışıqları sürətləndirib. "İnter" onu əvvəlcə icarəyə götürmək, daha sonra isə birdəfəlik transfer etməyi planlaşdırır. "Breşiya"nın ümumilikdə 50 milyon avro qazanması gözlənilir.

Qeyd edək ki, Sandro Tonalinin "Breşiya" ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.