13:31 11-05-2020
news_image
119
FUTBOL

Turinə dönməkdən imtina edirlər - "Yuventus" futbolçuları

"Yuventus"un iki futbolçusu hələ də İtaliyaya qayıtmayıb.

Apasport.az saytının məlumatına görə, bunlar yarımmüdafiəçi Adrien Rabyo və hücumçu Qonzalo İquaindir.

Ölkələri Fransa və Argentinada olan oyunçular koronavirus pandemiyası səbəbindən Turinə dönməkdən imtina ediblər. Onların bu davranışı "Yuventus" rəhbərliyini narazı salıb. "Qoca sinyora" mövsümün sonunda bu oyunçuları satmağı planlaşdırır.

Qeyd edək ki, Adrien Rabyo İngiltərə Premyer Liqa klublarının diqqət mərkəzindədir.