13:53 11-05-2020
news_image
154
FUTBOL

İki ingilis klubundan təklif - Dembeleyə

"Lion"un hücumçusu Mussa Dembele bir neçə İngiltərə klubunun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, konkret olaraq "Mançester Yunayted" və "Çelsi" 24 yaşlı forvardın transferi üçün hərəkətə gəlib.

"Lion" da fransalı oyunçunu satmağın əleyhinə deyil. Klub bununla büdcəsindəki boşluğu doldura bilər. Ancaq "Lion" yalnız 60 milyon funt-sterlinqlik təklif gələcəyi təqdirdə hücumçusunun gedişinə razılıq verəcək.

Qeyd edək ki, Mussa Dembele "Lion"a 2018-ci ildə "Seltik"dən keçib.