15:01 11-05-2020
news_image
119
FUTBOL

"Atletiko" istədi, Klopp "yox" dedi

"Arsenal"la anlaşmaq üzrə olan "Atletiko"nun yarımmüdafiəçisi Tomas Partey Premyer Liqanın digər klubu "Liverpul"un da maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, "qırmızılar" bununla bağlı qarşı tərəflə danışıqlara başlayıb.

Madrid təmsilçisi qanalı oyunçusunun "Liverpul"a keçidinə razılıq verib. Lakin ispanların "Liverpul"dan tələbi bu keçidin qarşılığında yarımmüdafiəçi Aleks Oksleyd-Çamberlaynın əks düşərgəyə yollanması olub. Bu isə "Liverpul"un baş məşqçisi Yurgen Kloppun ürəyincə olmayıb. Almaniyalı mütəxəssis Partey-Çamberlayn dəyişikliyinə razılıq verməyib.

Qeyd edək ki, Tomas Partey bu mövsüm "Atletiko"da 35, Çamberlayn isə "Liverpul"da 34 oyunda iştirak edib. Birinci 3 qol, ikinci də 7 qolla yadda qalıb.