16:44 11-05-2020
news_image
296
TOP OYUNLARI

Azərbaycan klubuna qayıtdı - yığmamızın oyunçusu

Azərreyl” klubu növbəti transferini rəsmiləşdirib. 

Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Azərbaycan milli komandasının voleybolçusu Yuliya Kərimova ilə danışıqları müsbət yekunlaşdırıb. 

Son mövsümü İsrailin “Makkabi” (Hayfa) klubunda oynayan 35 yaşlı libero ilə 1 illik müqavilə imzalanıb. 

Bununla da, 2020/2021 mövsümündə ölkəmizi Çelenc kubokunda təmsil edəcək “Azərreyl”in yeni il üçün heyətinə qatdığı oyunçuların sayı 3-ə çatıb. Komanda daha öncə sloveniyalı Moytsa Pene ilə müqaviləni artırıb, ardınca slovakiyalı Romana Hudeçova ilə 1 illik anlaşma əldə edib.