17:23 11-05-2020
news_image
94
TOP OYUNLARI

Çempion olunmayacaq - Türkiyədə

Basketbol üzrə Türkiyə çempionatlarının başa çatdığı elan olunub. 

Apasport.az saytının məlumatına görə, bu barədə yerli federasiya qərar qəbul edib. 

Türkiyə Basketbol Federasiyasının yaydığı xəbərdə bildirilib ki, koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan yarışlar bərpa olunmayacaq. Qərara əsasən çempionatlarda mükafatçılar da müəyyənləşməyəcək. Komandalar qərarlaşdığı yerlərə əsasən avrokubokda iştirak edəcəklər. 

Həmçinin hansısa liqada aşağı dəstəyə düşən və ya yuxarı qalxan da olmayacaq.