23:09 11-05-2020
news_image
166
FUTBOL

Ayrılmaqdan imtina etdi - "Barselona"nın 4 futbolçusu

"Barselona"nın bir çox futbolçusunun adı digər klublarla birgə hallansa da, onlar komandalarını dəyişmək fikrində deyillər.

Apasport.az saytının məlumatına görə, konkret olaraq 4 oyunçu İspaniya klubunda qalacağını açıqlayıb.

Bunlar müdafiəçi Samuel Umtiti, yarımmüdafiəçilər Artur Melo, İvan Rakitiç və hücumçu Antuan Qrizmanndır. Kataloniya təmsilçisi yeni transferlər zamanı bəzi oyunçularını dəyişiklikdə istifadə etməyi planlaşdırsa da, adıçəkilənlər müqavilələrinə sadiq qalmaq istəyirlər. Onlar rəhbərliklə görüşdə ayrılmaqdan imtina ediblər.

Qeyd edək ki, Umtiti və Qrizmann PSJ-nin, Artur "Yuventus"un, Rakitiç isə "İnter"in gündəmindədir.