23:27 11-05-2020
news_image
109
FUTBOL

Ndombele ilə bağlı qərarını verdi - "Tottenhem"

"Tottenhem" yarımmüdafiəçisi Tanqi Ndombele ilə bağlı qərarın qətiləşdirib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu orta sahə oyunçusunu satmaq fikrindən uzaqdır.

Hətta Fransa millisinin üzvü ilk mövsümündə bir çox çətinliklər yaşamasına baxmayaraq, londonlular onun gedişinə razılıq verməyiblər. 23 yaşlı oyunçu, xüsusən də, baş məşqçi Joze Mourinyo ilə bəzi problemlər yaşayıb. Lakin "Tottenhem" digər klublardan gələn təklifləri rədd edib.

Qeyd edək ki, "Tottenhem"in ötən il "Lion"dan 60 milyon avroya transfer etdiyi Tanqi Ndombele cari mövsüm 19 oyunda iştirak edib, 2 qol, 2 assistlə yadda qalıb.