09:43 12-05-2020
news_image
69
FUTBOL

“Barselona” 50 milyona satır - Semedunu

İspaniyanın “Barselona” klubunun futbolçusu Nelson Semedu komandanı tərk edəcəyi gözlənilir.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisini cari mövsümün sonunda portuqaliyalı müdafiəçi ilə vidalaşmaq niyyətindədir. 

İspaniyalılar futbolçunun potensialını tam aça bilməməyindən narazıdır. Bu səbəbdən də “Barselona” futbolçusunu 50 milyon avroya satmağa planlaşdırır.

Semedu ilə İtaliya “İnter”i, İngiltərə “Mançester Siti”si, Almaniya “Bavariya”sı və Fransa PSJ-si maraqlanır.

Qeyd edək ki, 2017-ci ildə “Benfika”dan 30 milyon avroya transfer olunan müdafiəçi iki dəfə İspaniya çempionu olub, bir dəfə ölkə kuboku, bir dəfə Superkuboka yiyələnib.