09:52 12-05-2020
news_image
107
FUTBOL

Ən yaxşı “100-lük”də - ikiqat Azərbaycan çempionu

Polşada XXI əsrin ən yaxşı 100 futbolçusu seçilib.

Apasport.az saytının məlumatına görə, ilk olaraq 81-100-cü yerlərin sahibləri açıqlanıb.

Son “20-lik”də Azərbaycanda çıxış etmiş tanış sima da var. Bu, “Qarabağ”ın sabiq müdafiəçisi Yakub Jezniçakdır. Hazırda Plok “Visla”sının formasını geyinən 34 yaşlı oyunçu siyahıda 85-ci yerə layiq görülüb.

2004-2017-ci illərdə ölkəsində “Legiya”nın formasını geyinmiş Jezniçak 5 dəfə Polşa çempionu olub, 6 dəfə ölkə kubokunu, 1 dəfə isə Superkubokunu qazanıb. O, “Qarabağ”ın heyətində də ikiqat Azərbaycan çempionudur (2017/18, 2018/19).

Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib.