12:46 12-05-2020
news_image
328
FUTBOL

“Neftçi”də qalmayacağı dəqiqləşdi - Soni Mustivarın

"Neftçi"nin məşqçilər korpusu legioneri Soni Mustivarın gələcəyi ilə bağlı qərar verib. Apasport.az saytının məlumatına görə, haiti yarımmüdafiəçi ilə müqavilə uzadılmayacaq.

Soni 2018-ci ilin martında "Neftçi"yə keçib. 30 yaşlı futbolçunun müqaviləsinin müddəti mayın sonunda başa çatır. Cari mövsüm davam edərsə, Mustivarın qalan matçlarda oynayacağı mümkündür. Ancaq bundan sonra onunla yollar ayrılacaq.

Qeyd edək ki, qış fasiləsində Roberto Bordinin baş məşqçi postundan gedişindən sonra "Neftçi"yə rəhbərlik edən Füzuli Məmmədov Mustivara yalnız bir dəfə etimad göstərib. Bu, onun yeni vəzifədə debüt matçında olub (sport24.az).