12:59 12-05-2020
news_image
86
FUTBOL

“Milan”ın iki futbolçusu PSJ-nin hədəfində

Fransanın PSJ klubu heyətini iki futbolçu ilə gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi İtaliyanın “Milan” klubunun oyunçularına elçi düşüb.

Bunlar yarımmüdafiəçi Lukas Paketa və müdafiəçi İsmael Bennaserdir. Sonuncu hələ ötən ilin sonunda PSJ-yə keçə bilərdi. Lakin Liqa1 təmsilçisi həmin vaxt maraqlandığı oyunçunu heyətinə qata bilməmişdi.