13:38 12-05-2020
news_image
158
FUTBOL

FİFA dünya çempionatlarının tarixini müəyyənləşdirdi

FİFA koronavirus pandemiayası üzündən təxirə salınan turnirlərin yeni tarixlərini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı qurumun Şurası verib.

Qərara əsasən, U-20 qızlar arasında dünya çempionatı 2021-ci il yanvarın 20-dən fevralın 6-dək Kosta-Rika və Panamada təşkil olunacaq. Bu yarışda yaş limiti dəyişməyəcək və 01.01.2000-31.12.2004 təvəllüdlülər mübarizə aparacaq.

U-17 qızlar arasında Hindistandakı DÇ-2020 isə 2021-ci il fevralın 17-dən martın 7-dək baş tutacaq. Yarışda öncədən nəzərdə tutulduğu kimi, 01.01.2003-31.12.2005 aralığında anadan olanlar iştirak edə biləcəklər.

Azərbaycan millisinin vəsiqə qazana bilmədiyi futzal üzrə dünya çempionatı 2021-ci il sentyabrın 12-dən oktyabrın 3-dək Litvada təşkil olunacaq.

FİFA-nın 70-ci Konqresi ilə bağlı da qərar verilib. Həbəşistanın paytaxtı Əddis-Əbəbədə təşkil olunmalı tədbir sentyabrın 18-də onlayn şəkildə təşkil olunacaq.