14:51 12-05-2020
news_image
158
FUTBOL

Yeni klubunu seçdi – Toma Menye

PSJ-nin futbolçusu Toma Menye yeni komandasının adını dəqiqləşdirib.

Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisi İngiltərəyə köçmək qərarına gəlib.

Bir neçə klubun maraq dairəsində olan 29 yaşlı oyunçu “Tottenhem”lə anlaşıb. Britaniya mətbuatı tərəflər arasında danışıqların artıq yekunlaşdığını, keçidin rəsmiləşməsi üçün mövsümün sonunu gözlədiyini iddia edib.

Qeyd edək ki, Toma Menyenin PSJ ilə müqavilə müddəti gələn ayın sonuna qədər olduğundan, onun transferi havayı başa gələcək.