15:22 12-05-2020
news_image
163
FUTBOL

“Nyukasl”ın satışı dayandırıldı

“Nyukasl” klubunun Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd ibn Salmana satış prosesi dayandırılıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb Səudiyyə Ərəbistanı hökuməti ilə “pirat” kanalların əməkdaşlığı ilə bağlı iddiaların ortaya çıxmasıdır.

Həmin sənədlərin artıq Premyer Liqa rəhbərliyinə təqdim edildiyi vurğulanıb. Bu üzdən qurum sənədlərin araşdırılması üçün “Nyukasl”ın satışını dayandırıb. Bu məsələ təsdiqini tapsa, Məhəmməd ibn Salman “sağsağanlar”ın səhmlərini ala bilməyəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi "Nyukasl"ın səhmlərini almaq üçün 400 milyon funt-sterlinqə yaxın xərcə düşməyə hazırdır.