15:40 12-05-2020
news_image
103
FUTBOL

“Barselona”nın futbolçusu koronavirusa yoluxdu

“Barselona”nın futbolçusu koronavirusa yoluxdu

“Barselona”nın futbolçusu Mateus Fernandes koronavirus infeksiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, hazırda icarə əsasında “Valyadolid”ın formasını geyinən yarımmüdafiəçidə bu xəstəliyin əlamətləri aşkarlanıb.

22 yaşlı oyunçunun testinin nəticəsi müsbət olduğundan, Fernandes karantinə alınıb və həkim nəzarətinə götürülüb.

Qeyd edək ki, “Palmeyras”dan transfer edilən Mateus Fernandes yeni mövsümdən “Barselona”ya qoşulacaq.