15:53 12-05-2020
news_image
95
TOP OYUNLARI

Türkiyə çempionatları başa çatdırıldı

Türkiyədə basketbol və voleyboldan sonra həndbol üzrə ölkə çempionatlarının da başa çatdığı elan olunub.

Apasport.az saytının məlumatına görə, bu barədə yerli federasiya prezidenti Bilal Eyüboğlu açıqlama verib.

Qurum rəhbəri bildirib ki, koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan həndbol çempionatları bərpa olunmayacaq. Qərara əsasən, liqalarda mükafatçılar müəyyənləşməyəcək.

Eyüboğlu həmçinin onu da əlavə edib ki, heç bir komanda elitanı tərk etməyəcək.