
“Leypsiq”in sabiq baş məşqçisi Ralf Ranqnikin “Milan”a şərtləri məlum olub.
Apasport.az saytının məlumatına görə, 62 yaşlı mütəxəssis “rossonyerlər”ni “sükanı arxasına” keçmək üçün bəzi tələblər irəli sürüb.
İlk növbədə o, 5 illik müqavilə imzalamaq və geniş səlahiyyət sahibi olmaq istəyir. “Milan”ın sistemini yenidən formalaşdırmağı planlaşdıran Ranqnik bunun üçün 140 milyon avro ayrılmasını və özünün 18-20 adamının müxtəlif sahələr üzrə təyinatını tələb edib. Almaniyalının daha bir arzusu yeni transferlərə 75-80 milyon avro xərc çəkilməsidir.
“Milan”da müasir taktiki sxemdən yararlanmağı düşünən Ranqnik komandanın orta yaş həddinin 22-yə endirilməsinin tərəfdarıdır.
Qeyd edək ki, “Milan”ın baş məşqçi postuna digər namizədləri Unay Emeri və Marselinyodur.