22:33 12-05-2020
news_image
127
FUTBOL

"Futbolçuda virus tapısa, çempionat dayandırılacaq" - nazir

İtaliyanın səhiyyə naziri Sandra Zampa A seriyası ilə bağlı maraqlı fikir səsləndirib.

Apasport.az saytının məlumatına görə, nazir oyunlar bərpa olduqdan sonra da A seriyasının nəzarətdə olacağını bildirib.

Zampa hətta çempionatın yenidən dayandırılma ehtimalını da istisna etməyib: "Mövsüm bərpa olunduqdan sonra hansısa bir futbolçuda koronavirus pandemiyası aşkarlansa, çempionat dayandırılacaq. Belədə avtomatik karantin şərtləri yaranacaq. Əgər dayanmasan, virus səni dayandırar. Çempionatın yenidən başlamasını şərtləndirən yeganə səbəb iqtisadi durumdur".

Qeyd edək ki, İtaliya A seriyasının iyunun əvvəllərində bərpa olunması planlaşdırılır.