23:02 12-05-2020
news_image
155
FUTBOL

Avropa çempionundan yeni müqavilə - 40 yaşında

İspaniya millisinin sabiq futbolçusu Daniel Quiza daha bir il futbol oynayacaq.

Apasport.az saytının məlumatına görə, 40 yaşlı hücumçu klubu "Atletiko Sanlukeno" ilə müqavilə müddətini 1 il uzadıb.

Avropa çempionu növbəti mövsümü də İspaniyanın III liqa təmsilçisinin heyətində keçirəcək. Quiza artıq 3 ildir ki, "Atletiko Sanlukeno"nun formasını geyinir.

Qeyd edək ki, 2008-ci ildə Avropa çempionu olan Daniel Quiza 2008-2011-ci illərdə Türkiyədə "Fənərbaxça"nın uğurları üçün çalışıb.