23:16 12-05-2020
news_image
140
FUTBOL

"İnter"in müdafiəçisini istəyir - "Real"

"İnter"in müdafiəçisi Milan Şkrinyarın İspaniyaya köçmək variantı yaranıb.

Apasport.az saytının məlumatına görə, "Real" ulduz futbolçunun transferində maraqlıdır.

"Kral klubu" 25 yaşlı oyunçu ilə bağlı qarşı tərəflə danışıqlara başlayıb. "Neradzurra" aparıcı oyunçusunun keçidindən minimum 70 milyon avro gəlir götürməyi planlaşdırır. Əgər transfer reallaşsa, Slovakiya millisinin üzvünün illik məvacibi 10 milyon avro olacaq.

Qeyd edək ki, Milan Şkrinyarın "İnter"lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.