00:07 13-05-2020
news_image
91
FUTBOL

Rakitiçə növbəti təklif - İtaliyadan

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, bu dəfə "Latsio" Xorvatiya millisinin üzvü uğrunda mübarizəyə qoşulub.

"Sevilya", "Valensiya" və "Yuventus"un ardından paytaxt təmsilçisi 32 yaşlı orta sahə oyunçusu üçün kataloniyalılarla danışığa başlayıb. "Latsio" Rakitiçə 3 illik müqavilə və sərfəli məvacib təklif edib. Futbolçunun transferi 20 milyon avro dəyərində göstərilir.

Qeyd edək ki, İvan Rakitiç "Barselona"ya 2014-cü ildə "Sevilya"dan keçib.