00:11 13-05-2020
news_image
205
FUTBOL

Messi, yoxsa Ronaldo? - Kloppun seçimi

Lionel Messi - Kriştianu Ronaldo müqayisəsinə "Liverpul"un baş məşqçisi Yurgen Klopp da münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis hər iki superulduzun ünvanına tərif yağdırıb.

Lakin Klopp argentinalını həmkarından üstün sayıb: "Mənə görə Messi daha üstündür. Əgər mükəmməl futbolçu portreti çəksək, inkişafda olan Ronaldonu qeyd edərik. Ən hündürə tullana bilir, sürətli qaça bilirdi. Onun işinə olan münasibəti - peşəkarlığı və mükəmməlliyi... Daha yaxşısı ola bilməzdi. Digər tərəfdən hər şeyi asanlaşdıran balaca Messi var. Buna görə də, bir futbolçu kimi Leonu daha çox bəyənirəm.  Ancaq Kriştianu da inanılmazdır".

Qeyd edək ki, Lionel Messi 6, Kriştianu Ronaldo isə 5 dəfə "Qızıl top" mükafatını qazanıb.