09:28 13-05-2020
news_image
119
FUTBOL

“Sevilya”dan 12 milyonluq təklif

İspaniyanın “Sevilya” klubu mövsümlərarası fasilədə yarımmüdafiə xəttini gücləndirəcək.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi 22 yaşlı Maksim Lopesi transfer etmək niyyətindədir.

Sevilyanın eyniadlı təmsilçisi Fransa “Marsel”inin yarımmüdafiəçisinin keçidi ilə bağlı danışıqlara da start verib. İspaniyalılar Lopes üçün 12 milyon avro təklif edir.

Qeyd edək ki, Lopes cari mövsümdə “Marsel”in heyətində bütün turnirlərdə 27 matç keçirib.