09:33 13-05-2020
news_image
145
FUTBOL

300 milyonluq təhlükə

Koronavirus pandemiyasının “Atletiko”ya vuracağı ziyanın məbləği müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçisi cari mövsümün yekununda 100 milyon avro itirəcək.

Hazırda ümumi büdcəsi 500 milyon avro olan madridlilər daha 200 milyon zərərə düşəcək. Komanda əgər Çempionlar Liqasına vəsiqə qazanmasa, büdcə 200 milyon avroya qədər düşə bilər. Bu isə ciddi maliyyə probleminə yol açacaq və ulduz futbolçuların ayrılmasına səbəb olacaq.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılan La Liqanın XXVII turundan sonra “Atletiko” 45 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.