10:40 13-05-2020
news_image
120
FUTBOL

“Nyukasl”dan Beyl üçün 60 milyon

Uels millisinin futbolçusu Qaret Beyl karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Nyukasl”ı alacaq Səudiyyə Ərəbistanından olan investorlar uelsli futbolçunu komandada görmək istəyir.

Nyukasl təmsilçisi futbolçunun transferi üçün İspaniya “Real”ına 60 milyon avro ödəməyə hazırdır. Beyl özü müqaviləsinin sonuna qədər Madrid klubunda qalacağını açıqlasa da, ona bir neçə komandadan təklif var. Qareti “İnter Mayami”, “Tottenhem” və “Mançester Yunayted” də heyətində görmək fikrindədir.

Qeyd edək ki, “Nyukasl” “Real”a ödənəcək məbləğdən başqa futbolçunun maaşda da razı salmalıdır. Beyl “Real”da ən çox maaş alan futbolçusudur. O, ildə 17 milyon avro qazanır.