11:09 13-05-2020
news_image
102
FUTBOL

“Futbolçular eksperimental dovşan olmaq istəmirlər” - icraçı direktor

“Altı həftədən çox evdə qalmaq asan deyil. Sonra məhdudiyyətlər anidən azalmağa başladı”.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə Peşəkar Futbol Assosiasiyasının (PFA) icraçı direktoru Qordon Teylor deyib.

Teylor Premyer Liqanın bərpa olunmasına hazırlıqla bağlı fikirlərini bildirib. O, bundan narahatlığını dilə gətirib: “Futbolçular eksperimental dovşan olmaq istəmirlər. Bu, peşəkar idman növlərində hər kəsə şamil edilə bilər. Söhbət təhlükəsizlik və mümkün qədər tez normal həyata dönməyə çalışmaq arasındakı tarazlıqdan gedir. Mövsümün yenidən başlaması prosesinə həddindən artıq ehtiyatla yanaşılmalıdır”.

Qeyd edək ki, Premyer Liqanın iyunun 12-də bərpa olunacağı gözlənilir.