13:46 13-05-2020
news_image
301
FUTBOL

“Fənərbaxça”da koronavirusa yoluxanların sayı üçə çatdı

Türkiyə futbolunda növbəti koronavirusa yoluxma faktı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, “Fənərbaxça”da bu xəstəliyə tutulanların sayı 3-ə yüksəlib.

Klubun bazasında çalışan 2 nəfərdən sonra rəhbər heyətdə də 1 nəfərin testi müsbət nəticə verib. İdarə Heyəti üzvlərinin testdən keçirildikdən sonra xəstəliyə yoluxduğu aşkarlanan adı açıqlanmayan həmin şəxs evində karantinə alınıb. O, bir neçə gündən sonra ikinci dəfə testdən keçiriləcək.

Qeyd edək ki, Türkiyədə koronavirus pandemiyası səbəbindən dayandırılan Super Liqanın iyunun 12-də bərpa olunması qərara alınıb.