15:16 13-05-2020
news_image
169
FUTBOL

2 klub arasında danışıq – 4 dəyişiklik üçün

“Yuventus”la “Tottenhem” futbolçularını dəyişdirə bilər.

Apasport.az saytının məlumatına görə, hər iki klub qarşı tərəfin cinah müdafiəçilərinə maraq göstərir.

“Yuventus” londonluların oyunçuları Serj Orye və Denni Rouzu istəyirsə, “Tottenhem”in italyanlardan heyətə qatmağı düşündüyü müdafiəçilər Aleks Sandro ilə Mattia De Şilyodur. Hazırda klublar bu oyunçuların dəyişdirilməsi variantını müzakirə edirlər. Danışıq müsbət nəticələnərsə Orye Sandro ilə, Rouz isə De Şilyo ilə dəyişdiriləcək.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar dayandırılan A seriyasında “Yuventus” liderdirsə, “Tottenhem” Premyer Liqada 8-ci pillədə qərarlaşır.