17:35 13-05-2020
news_image
121
FUTBOL

“Barselona” hücumçusunu satır – 60 milyona

İspaniyanın “Barselona” klubu futbolçusu Usman Dembeleni satmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi fransalı hücumçu ilə yollarını ayırmaq üçün 60 milyon avro istəyir.

Barselonanın eyniadlı təmsilçisi 23 yaşlı forvardın satışından əldə olunan vəsaitdən yeni transferlərin alınmasında yararlanacaq. Məsələ ondadır ki, kataloniyalılar Neymar və ya Lautaro Martinesi heyətinə qatmaq arzusundadır.

Qeyd edək ki, Dembele cari mövsümün böyük hissəsini zədələr üzündən buraxıb. Hücumçu 9 matçda 1 qol vurub.