18:08 13-05-2020
news_image
156
FUTBOL

“Çempionatın bərpası inandırıcı gəlmir” - Slavik Alxasov

"Hazırda vəziyyət stabil olaraq qalır. Hələ ki məşqlərə başlamaqla bağlı heç bir yenilik yoxdur. Deyiblər, bir iki günə dəqiqləşəcək. Xəbər gözləyirik"

Apasport.az saytının məlumatına görə, bunu "Keşlə"nin cinah müdafiəçisi Slavik Alxasov deyib.

Kapitan karantin müddətinin sonuna kimi məşqlər başlamasa çətin olacağını bildirib: "İki aydan çoxdur evdəyik. Karantin müddətini 31 maya kimi uzatdılar. Bundan sonra məşqlərə başlamaq inandırıcı deyil. Çünki ən azı təlim-məşq toplanışı üçün 1 ay vaxt lazım olacaq. Belə şeylərə görə çempionatın bərpası inandırıcı gəlmir"

Alxasov əvəzetmə sayının 3-dən 5-ə qaldırılması qərarı haqda da danışıb: "Bu yaxşı qərardır. 5 əvəzetmədən istifadə etmək müsbət haldır. Bunun komandaya yalnız xeyiri olacaq" (sportinfo.az).