22:13 13-05-2020
news_image
91
FUTBOL

Maaş “davası” edən futbolçu qayıtdı - Turinə

"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo Turinə qayıdıb.

Apasport.az saytının məlumatına görə, fransalı futbolçu bu gün ölkəsini tərk edib.

Koronavirus pandemiyası səbəbindən maaşı azaldıldığı üçün rəhbərliyə etirazını bildirən 25 yaşlı orta sahə oyunçusu gec də olsa, İtaliyaya dönüb. Rabyo iki həftə karantin vəziyyətində evində qalacaq və yalnız mayın son günlərində kollektivə qoşula biləcək.

Qeyd edək ki, İtaliya A seriyası klubları mayın 18-dən məşqə başlaya biləcəklər. İyunun 13-də isə çempionat bərpa olunacaq.