22:30 13-05-2020
news_image
1444
FUTBOL

A seriyası haqda yekun qərar verildi - koronavirus tapılsa...

Koronavirus pandemiyası səbəbindən dayandırılan İtaliya A seriyasının bərpa tarixi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, mövsümün qalan matçları iyunun 13-dən etibarən davam etdiriləcək.

Qərar bu gün liqa rəhbərliyi ilə klub rəsmiləri arasında keçirilən videokonfransda qəbul olunub. Komandalara mayın 18-dən məşqləri bərpa etmək icazəsi verilib. Əgər mövsümün gedişində hansısa futbolçuda və ya klub işçisində koronavirusa yoluxma aşkarlansa, həmin komanda iki həftəlik karantinə alınacaq.

Ümumilikdə kubok da nəzərə alınmaqla mövsümün avqustun 2-də yekunlaşması planlaşdırılır.