22:41 13-05-2020
news_image
288
FUTBOL

Yenidən Messi ilə rəqabətindən danışdı - Ronaldo

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo "Barselona"nın kapitanı Lionel Messi ilə arasındakı rəqabətə növbəti dəfə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz həmkarı ilə uzun illər apardığı qiyabi "mübarizə"nin futbol adına da böyük qazanc olduğunu bildirib.

35 yaşlı forvard argentinalı ilə müqayisəsi zamanı digər idman növlərini də nümunə göstərib: "Onunla futbolda yaxşı rəqabət yaşadıq. Bu, təkcə bizim yox, futbol üçün də yaxşı oldu. Ancaq bu hal yalnız futbolda yaşanmadı. Maykl Cordanın basketbolda güclü rəqibləri var idi. Həmçinin Ayrton Senna ilə Alen "Formula-1"də bir-birlərinə yaxşı rəqib idilər. İdmandakı böyük qarşıdurmalar arasındakı yeganə oxşarlıq onların sağlam olmasıdır".

Qeyd edək ki, son 12 ildə Lionel Messi 6, Kriştianu Ronaldo isə 5 dəfə "Qızıl top" mükafatına yiyələnib.