23:03 13-05-2020
news_image
194
FUTBOL

Premyer Liqa tarixinin ən yaxşı "trio"su - sabiq kapitan açıqladı

"Mançester Yunayted"in sabiq kapitanı Qari Nevill "Liverpul"un hazırkı hücum xəttini dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, o, Məhəmməd Salah, Sadio Mane və Roberto Firminodan ibarət "trio"nu Premyer Liqa tarixinin ən yaxşısı saymır.

Nevill 2007-2009-cu illərdə "Mançester Yunayted"də çiyin-çiyinə çıxış etmiş Kriştianu Ronaldo, Ueyn Runi və Karlos Tevezin təşkil etdiyi "üçlüy"ü ən güclü hesab edir: "Fikrimcə, heç kim bu "trio"nu üstələyə bilməz. Mane, Salah və Firmino haqda danışa bilərsiniz. Onları çox bəyənirəm. "Mançester Siti"də də Sterlinq, Aquero və Sane yaxşıdır. Lakin Tevez-Runi-Ronaldo pik vaxtında bu dünyadan deyildi".

Qeyd edək ki, 2009-cu ildə Karlos Tevez "Mançester Siti"yə, Kriştianu Ronaldo isə "Real"a keçib.