09:37 14-05-2020
news_image
115
FUTBOL

İngiltərəli futbolçu yığmamızın Tuqay ləqəbli futbolçusunu təriflədi

İngiltərəli futbolçu Cek Maldun Azərbaycanın U-19 millisinin üzvü Sərhat Taşdəmir barədə maraqlı fikirlər səsləndirib.

Apasport.az saytının məlumatına görə, “Harroqeyt Taun”un formasını geyinən Maldun milliləşdirilmiş yarımmüdafiəçinin böyük gələcəyi olduğunu düşünür.

31 yaşlı forvard keçmiş komanda yoldaşının çıxışını müntəzəm izlədiyini vurğulayıb: “Piterboro”da çıxış edən azərbaycanlı futbolçu beynəlxalq səviyyədədir. Bu, Tuqay ləqəbi ilə tanınan Sərhat Taşdəmirdir. O, Azərbaycanın gənclər yığmasının üzvüdür. Onun peşəkar futbolçu kimi necə inkişaf etdiyini görmək, həqiqətən də, maraqlıdır. Birlikdə oynadığım gənclərin karyeralarında nə qədər irəliləyəcəkləri ilə həmişə maraqlanıram”.

Qeyd edək ki, Sərhat Taşdəmirlə Cek Maldun 2017-18 mövsümündə “Fayld”da çiyin-çiyinə oynayıblar. Taşdəmir ötən ildən “Piterboro”nun formasını geyinir.