10:57 14-05-2020
news_image
111
FUTBOL

Ən dəyərlilər sırasında - Azərbaycanda çıxış edən futbolçu

2004-cü ildə dünya futbolunda üzə çıxan ən yaxşı gənc futbolçular reytinqə görə sıralanıb.

Apasport.az saytının məlumatına görə, 21 yaşadək olan 25 oyunçunun həm həmin dönəmdəki, həm də hazırkı dəyəri yazılıb.

Siyahıya hazırda “Derbi”nin formasını geyinən Ueyn Runi başçılıq edir. “Mançester Yunayted”in ən yaxşı bombardirlərindən olan İngiltərə millisinin sabiq üzvünün həmin vaxt transfer dəyəri 32,7 milyon funt-sterlinq olub. Avtomobil qəzasında ölən ispaniyalı Xose Antonio Reyes 30,9 milyon funt-sterlinqlə ikinci yerdə qərarlaşıb. “Atletiko”dakı çıxışı ilə məşhurlaşan Fernando Torres isə 22,1 milyon funt-sterlinqlə ilk “üçlüy”ü qapayıb. Maraqlıdır ki, dünyanın ən yaxşı iki futbolçusundan biri sayılan Kriştianu Ronaldo 2004-cü ildə ən dəyərli 6-cı oyunçu (14,1 milyon funt-sterlinq) olub.

Hazırda ölkəmizdə “Səbail”in formasını geyinən Maykl Essyen də 2004-cü ilin ən istedadlı gəncləri sırasında yer alıb. Qanalı 10,6 milyon funt-sterlinqlə ən dəyərli 10-cu futbolçu kimi göstərilib. Onun hazırkı dəyərinin isə 220 min funt-sterlinq olduğu vurğulanıb.

Qeyd edək ki, ötən ilin martından “Səbail”də çıxış edən 38 yaşlı Essyenin müqavilə müddəti yaya qədərdir.