12:47 14-05-2020
news_image
118
FUTBOL

Kişinyovdakı səfirliyimizə müraciət – Stanislav Namaşkodan

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Azərbaycana qayıtmaq istəyir.

Apasport.az saytının məlumatına görə, bunu 34 yaşlı qolkiper özü deyib.

Moldova Futbol Federasiyasının rəsmi saytına danışan milli komandanın üzvü Bakıya dönmək üçün rəsmi müraciət etdiyini söyləyib: “Azərbaycana dönməyə və komandama qoşulmağa hər an hazıram. Azərbaycanın Kişinyovdakı səfirliyi ilə əlaqə saxladım, sənədlərin hamısını hazırladım. İndi Bakıya çarter reysinin təşkilini gözləyirəm”.

Ailəsi ilə birlikdə Tiraspolda olan veteran qapıçı gündəlik məşqlərini etdiyini də vurğulayıb: “Həyat yoldaşım və övladlarımla Tiraspoldayam. Hər axşam komanda ilə onlayn məşqlər edirəm”.