13:51 14-05-2020
news_image
102
FUTBOL

Kapitanla bağlı qərarını dəyişdi – PSJ

PSJ kapitanı Tiaqo Silva ilə bağlı qərarını dəyişib.

Apasport.az saytının məlumatına görə, Paris klubu 35 yaşlı futbolçunu daha bir il saxlamaq fikrinə düşüb.

Fransızlarla müqavilə müddəti yaya qədər olan Braziliya millisinin üzvünün azad agent kimi ayrılması gözlənilirdi. Lakin rəhbərlik Silvaya yeni 1 illik saziş təklif edib. Klub mərkəz müdafiəçisinin 14 milyon avroluq illik maaşının azaldılmasını istəyir.

Qeyd edək ki, Tiaqo Silva 2012-ci ildən PSJ-nin formasını geyinir.