14:59 14-05-2020
news_image
95
FUTBOL

“Beşiktaş”da koronavirusa yoluxan futbolçu sayı açıqlandı - YENİLƏNİB

“Beşiktaş”da koronavirus pandemiyasına yoluxan şəxslər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, klub testi müsbət çıxan 8 nəfərdən 1-nin futbolçu olduğunu açıqlayıb.

Lakin həmin oyunçunun kimliyi gizli saxlanılıb. Virusa yoluxan digər 7 nəfər isə klub işçiləridir.

***

Saat. 14:18

Türkiyənin “Beşiktaş” klubunda 8 nəfər koronavirus infeksiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə açıqlama yayıb.

Bildirilib ki, dünən “Nevzat Dəmir” bazasında bütün futbolçular, məşqçi heyəti və işçilər ikinci dəfə testdən keçiriliblər. 8 nəfərin testi müsbət nəticə verdiyindən, onlar karantinə alınıblar və həkim nəzarətindədirlər.

Qeyd edək ki, bir gün öncə Türkiyənin digər klubu “Ərzurumspor”da 11 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.