14:52 14-05-2020
news_image
100
TOP OYUNLARI

EHF Konvensiya keçirəcək

Avropa Həndbol Federasiyası (EHF) bu idman növündəki durumla bağlı toplantı keçirəcək.

Apasport.az saytının məlumatına görə. Avropa Həndbol Konvensiyası Avstriyanın paytaxtı Vyanada təşkil olunacaq.

Tədbir sentyabrın 17-20-də keçirilməsi nəzərdə tutulub. Konvensiya koronavirus pandemiyası üzündən idman yarışlarının dayandırılmasından sonra ilk böyük tədbir ola bilər. Görüşdə Avropa həndbolunun yaxın və gələcək üçün planları müzakirə olunacaq.

Qeyd edək ki, EHF bir müddət əvvəl bayrağı altında keçirilən bütün yarışların təxirə salınacağı və ya ləğv olunacağını açıqlamışdı.