15:46 14-05-2020
news_image
217
FUTBOL

"Beşiktaş"ın prezidenti koronavirusa yoluxdu

“Beşiktaş”da daha bir koronavirus pandemiyası faktı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin prezidenti Ahmet Nur Çebi də bu xəstəliyə yoluxub.

Klub rəhbərindən dünən götürülən test müsbət nəticə verib. Karantinə alınan Ahmet Nur Çebi həkim nəzarətində olacaq.

Qeyd edək ki, “Beşiktaş”ın 1 futbolçusu və 7 klub işçisində də koronavirus xəstəliyi aşkarlanıb.