16:00 14-05-2020
news_image
93
FUTBOL

Daha bir klubda koronavirus aşkarlandı – Türkiyədə

Türkiyə futbolunda növbəti koronavirus infeksiyasına yoluxma halı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu dəfə “Kasımpaşa” klubunun 2 futbolçusunda bu xəstəlik aşkar edilib.

Aparılan testin nəticəsinə müsbət çıxan hər iki oyunçu karantinə alınıb.

Qeyd edək ki, bu gün “Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi və 1 futbolçuda, həmçinin klub işçilərində koronavirus tapılıb.